"Ağ Evdə sülh istəməyən bir oğlan var idi, indi o, sülhə razıdır"

 22:46 12.03.2025     138

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski əvvəllər Ukraynada sülh istəməyib, indi isə buna razılaşıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Və biz artıq nəsə etməyə yaxınıq. Biz Ukraynanı sıraladıq. Və bildiyiniz kimi, mən həmişə demişəm ki, Ukrayna danışıqlarda bəlkə də daha çətin tərəf olub", - Ağ Ev rəhbəri qeyd edib.

“Gördünüz, bir həftə əvvəl burada idiniz, maraqlı şeylər baş verdi”, o, jurnalistlərə müraciət edərək davam edib. "Ağ Evdə sülh istəməyən bir oğlan (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) var idi. İndi o, sülhə razıdır. Ona görə də nə baş verəcəyini görəcəyik", - Tramp yekunlaşdırıb.

Xatırladaq ki, fevralın 28-də Volodimir Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Jurnalistlərin iştirakı ilə söhbət zamanı onların arasında mübahisə yaranıb.

Turan İSMAYIL