Trampın milli təhlükəsizlik müşaviri rusiyalı həmkarı ilə danışıqlar apardı

 22:56 12.03.2025     69

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals çərşənbə günü “rusiyalı həmkarı” ilə telefon danışığı aparıb və tərəflər Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

“Bizim milli təhlükəsizlik müşavirimiz Mayk Vals bu gün rusiyalı həmkarı ilə telefonla danışıb ki, münaqişəyə son qoyulsun və Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunmasına nail olunsun”, - deyə o, "Fox News"a müsahibəsində deyib.

Levitt Valsın hansı Rusiya nümayəndəsi ilə danışdığını dəqiqləşdirməyib.

Turan İSMAYIL