"Makron Putinə zəng etsə, Rusiya prezidenti cavab verəcək"

 23:01 12.03.2025     79

Fransa lideri Emmanuel Makron ona zəng etmək qərarına gələrsə, Rusiya prezidenti Vladimir Putin telefon zənginə cavab verəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov BFMTV kanalının suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, Rusiya Fransa tərəfi ilə əlaqələri kəsməyib. “Əgər prezident Makron rusiyalı həmkarına zəng etmək qərarına gəlsə, prezident Putin bu zəngə cavab verəcək”, - diplomat bildirib.

Xatırladaq ki, martın əvvəlində Emmanuel Makron vaxtı çatanda Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Makron dialoqa hazır olması barədə bəyanatlarına baxmayaraq, Putinlə ünsiyyət üçün hələlik real addımlar atmayıb.

Turan İSMAYIL