Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib

Rusiya Prezidenti Vladimir Putin hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
Bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra dövlət başçısının Kursk vilayətinə ilk səfəridir.
"Kursk vilayəti tamamilə azad edilməlidir və biz dövlət sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq barədə düşünməliyik" - Rusiya lideri deyib.
Putin həmçinin Kursk vilayətində ukraynalı hərbçilərin terrorçu hesab edilməsini tələb edib.
Turan İSMAYIL