Roma Papasının son vəziyyəti AÇIQLANDI

 23:47 12.03.2025     58

Fevralın 14-dən sətəlcəm xəstəliyindən xəstəxanada müalicə alan 88 yaşlı Papa Fransiskin vəziyyəti stabildir.

Redaktor.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətindən verilən açıqlamaya görə, müayinələrin nəticələri, o cümlədən döş qəfəsinin rentgenoqrafiyası ümumi yaxşılaşmanı təsdiqləyir.

Həkimlər, müalicənin nəticə verdiyi kompleks bir klinik mənzərənin davamlılığını qeyd edirlər. “Papa gündüzlər burun boruları, gecələr isə süni ventilyasiya vasitəsilə oksigen almağa davam edir”, - deyə məlumatda bildirilir.

Frensis, Pasxa bayramı ərəfəsində Curia üzvləri tərəfindən ənənəvi olaraq keçirilən mənəvi düşüncələrdə video bağlantı vasitəsilə iştirak edir və həmçinin otağının yanında qurulan ev kilsəsində dua edir.

Onun xəstəxanada daha nə qədər yatmalı olacağı açıqlanmır. Papa əvvəllər reanimasiya tələb edən bir neçə tənəffüs böhranı keçirib.

Martın 13-də onun papalıq taxtına seçilməsindən 12 il keçir. Bu münasibətlə Romadakı Argentina kilsəsində mərasim planlaşdırılır. Hər axşam Fransisin sağalması üçün dualar davam edir. Onlar indi ilkin olaraq Müqəddəs Pyotr meydanında deyil, Vatikanda VI Pavel zalında keçirilir.

Turan İSMAYIL