"Ukraynada 30 günlük atəşkəs təklifi hiylə deyil" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukraynada 30 günlük atəşkəs təklifi hiylə deyil.
Redaktor.az xəbər verir ki, o, bu barədə BELTA-ya açıqlamasında bildirib.
“Xeyr, bu hiylə deyil və hiylə olmayacaq. Bunun hiylə olmadığına əmin olmaq üçün özünüzü digər tərəfdən normal təqdim etməlisiniz. Sizə məsləhətim: sadəcə faktlar!" - Lukaşenko deyib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Moskvanın oxşar addımı atmağa hazır olacağı təqdirdə 30 günlük atəşkəsə razılaşıb. Vaşinqton da öz növbəsində Ukraynaya yardımı dərhal bərpa etdiyini açıqlayıb. Tərəflər mineral ehtiyatlar üzrə də razılığa gəliblər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putininmartın 13-də atəşkəs təklifini dəyərləndirəcəyi gözlənilir.
Turan İSMAYIL