Sahibsiz itlər üçün 39 mülki müfəttiş təyin EDİLDİ

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, sahibsiz it problemi ilə bağlı valiliklərin, bələdiyyələrin və aidiyyəti qurumların fəaliyyətlərini yerində yoxlamaq üçün 39 mülki müfəttişin təyin edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Batman Bələdiyyəsi Heyvan Baxımı və Reabilitasiya Mərkəzində çıxış edən Yerlikaya, 5199 saylı Heyvanları Qoruma Qanununun tətbiqi ilə bağlı bütün hazırlıqların tamamlandığını bildirib.
"39 mülki baş müfəttişi 81 vilayətə göndərdik. Onlara 14 gün vaxt verildi. Müfəttişlər valiliklər, böyük şəhərlər, il və ilçə bələdiyyələri ilə xüsusi idarələrin tədbirlərini yerində araşdıracaq", – deyə nazir vurğulayıb.
Kənan YUSİF