Hazırda regionallıq çoxtərəfliliyin antonimi kimi bilinir - İƏT-in Baş katibi

Mən regional təşkilatı təmsil edirəm, lakin regionallıq haqqında çox da eşitmirəm.
Redaktor.az xəbər verir ki, bunu “Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun yaradılması” mövzusunda panel müzakirəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M. Xan deyib.
O qeyd edib ki, regionallıq çoxtərəfliliyin hazırda antonimi kimi bilinir, ancaq bu belə olmamalıdır. O, Birləşmiş Millətlər, həqiqətən də qlobal sülhü qorumaq baxımından əlimizdə olan ən yaxşı seçim olduğun deyib: “Biz populizmin yüksəlişini görürük, həqiqətən də, bu, yeni dəyişikliyi necə və harada, hansı narahatlıqların idarə etdiyini başa düşməliyik. Düşünürəm ki, bu, bizə həqiqətən, hədəflərə və öhdəliklərə nail olmaq üzərində işləməyə kömək edəcək”.