Məqsədimiz 40 ili aşan bölücü terror girdabını yox etməkdir - Türkiyə DİN

 21:37 13.03.2025     93

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, terror təhlükəsinin birdəfəlik aradan qalxdığını və əsas məqsədlərinin 40 ildən artıq davam edən bölücü terror girdabını tamamilə yox etmək olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Yerlikaya Batman şəhərinə səfəri çərçivəsində Valiliyi ziyarət edərək Vali Ekrem Canalp ilə görüşüb. Daha sonra AK Partiya və MHP-nin vilayət təşkilatlarını ziyarət edib.

O, həmçinin "Təhlükəsizlik Toplantısı"nda iştirak edib və axşam Necat Nasıroğlu Külliyəsində təşkil edilən "Hüzur və Qardaşlıq İftar Proqramı"nda çıxış edib.

Batmanlılarla birlikdə iftar etməkdən məmnunluğunu ifadə edən Yerlikaya, Türkiyənin terror təhlükəsindən qurtulduğunu və daha güclü gələcəyə addımladığını vurğulayıb.

Kənan YUSİF