Paşinyan Moskva paradına gedəcəyini TƏSDİQLƏDİ

 18:54 14.03.2025     74

Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Redaktor.az xəbər verir ki, Kremlin məlumatına görə, Ermənistanın baş naziri Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada Ifaşizm üzərindəki qələbənin 80 illiyi ilə bağlı keçiriləcək yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib.

Bildirilir ki, qarşılıqlı faydalı Rusiya-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı bəzi məsələlərə toxunulub.