İstanbulda temperatur 22 dərəcə birdən ENƏCƏK

Qütblərdən gələn soyuq hava dalğası İstanbulda temperaturun qısa müddətdə 22 dərəcə enməsinə səbəb olacaq.
Redaktor.az xəbər verir ki, İstanbul Aydın Universitetinin Meteorologiya mühəndisi, Dr. Güven Özdemir, mart ayının əvvəlindən etibarən havanın mövsüm normallarından yüksək olduğunu bildirib.
O qeyd edib ki, bu vəziyyət 17 martadək davam edəcək və xüsusilə səhra üzərindən gələn isti hava dalğası səbəbindən bir çox bölgədə yay havası hiss olunur.
"İstanbulda şənbə günü temperatur 27 dərəcəyə qədər yüksələcək. Ancaq bundan sonra qütb mənşəli hava dalğası ilə kəskin istilik azalması gözlənilir", – deyə Özdemir əlavə edib.
Kənan YUSİF