Türkiyə qışı yenidən yaşayacaq

 20:59 14.03.2025     147

Türkiyədə temperatur 10-15 dərəcə enəcək, qar yağacaq.

Redaktor.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin proqnozuna görə, Balkanlar üzərindən gələn soyuq və yağışlı hava dalğası çərşənbə axşamından etibarən ölkənin şimal-qərb bölgələrindən başlayaraq təsirini göstərəcək.

Bu soyuq hava dalğasının 24 mart bazar ertəsinə qədər ölkə boyu təsirli olması gözlənilir.

Yağıntılar qərb bölgələrində yağış və leysan, çərşənbə günündən etibarən isə şərq və daxili bölgələrdə qar və qarla qarışıq yağış şəklində olacaq.

Hazırda normadan 10-15 dərəcə yüksək olan temperatur, ani enişlə mövsüm ortalamalarının altına düşəcək.

Təsirli soyuq dalğası səbəbindən kənd təsərrüfatı bölgələrində don təhlükəsi var.

Önümüzdəki həftə gözlənilən minimal temperatur göstəriciləri isə belədir:

Ankara -4°C, İstanbul 2°C, İzmir 3°C, Konya -3°C, Antalya 6°C, Bolu -4°C, Samsun 3°C, Trabzon 3°C, Erzurum -4°C, Diyarbəkir 3°C.

Kənan YUSİF