Türkiyədə məktəbli uşaq sahibsiz itlərin hücumuna məruz QALDI

Türkiyənin Sivas şəhərində 10 yaşlı bir şagird, məktəbdən çıxan zaman sahibsiz itlərin hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, Şarkışla rayonunun Yıldırım kəndində baş verən hadisədə kiçik qızın faciədən son anda xilas olub.
Hadisə zamanı 4-cü sinif şagirdi olan Berrak Kılıç, məktəbdən çıxaraq servisə getmək istəyib. Yolda yerdiyi vaxt sahibsiz itlər şagirdə hücum edib.
İtlərin hücumu zamanı qorxu və panikaya düşən Berrak yerə yıxılıb. Ətrafdakı sakinlər dərhal itləri uzaqlaşdırıblar.
Yerli rəsmilər, başıboş itlərin problem yarada biləcəyini qeyd edərək, bu məsələnin həlli üçün tədbirlər görəcəklərini açıqlayıblar.
Kənan YUSİF