2025-ci ildə 37 min yeni sağlamlıq işçisi alınacaq - Ərdoğan

 22:26 14.03.2025     100

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ildə sağlamlıq sahəsində 37 min həkim olmayan işçi alacaqlarını deyib. 

Redaktor.az xəbər verir ki, Ərdoğan, 14 Mart Tibb Bayramı çərçivəsində İstanbulda Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında sağlamlıq işçiləri ilə iftar süfrəsində bir araya gəlib.

Ərdoğan, çıxışında sağlamlıq işçilərinə yeni iş yerləri ilə bağlı müjdə verib:

"İnşallah, 2025-ci ildə sağlamlıq təşkilatımızı 37 min yeni həkim olmayan işçi ilə daha da gücləndirəcəyik. Xeyirli və uğurlu olsun. Bu düşüncələrlə, həkimlərimiz başda olmaqla, ölkəmizin dörd bir tərəfində səbr, mərhəmət və dayanıqlılıqla insanımıza xidmət etməyi öz vəzifəsi bilən bütün sağlamlıq işçilərimizi 14 Mart Tibb Bayramı münasibətilə təbrik edirəm".

Kənan YUSİF