ABŞ HƏMAS-a xəbərdarlıq ETDİ

Birləşmiş Ştatlar Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılmasına tezliklə razılıq verməsə, ona qarşı tədbir görəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu xəbərdarlıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ağ Evin Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının birgə yazılı bəyanatında yer alıb.
“Çərşənbə axşamı Dohada Stiv Vitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Treyqer Qəzzada daimi atəşkəs üçün çərçivə üzərində danışıqlara vaxt vermək üçün atəşkəs rejiminin Ramazan və Pasxa bayramlarından sonra da uzadılmasına dair müvəqqəti təklif təqdim etdilər”, - sənəddə qeyd edilir.
“Təəssüf ki, HƏMAS daimi atəşkəs olmadan tamamilə praktiki olmayan tələblər irəli sürərkən, açıq şəkildə çeviklik elan etməklə cavab verməyi seçdi”, - bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, "HƏMAS zamanın öz tərəfində olduğuna dair çox pis mərc edir. Bu belə deyil. HƏMAS son tarixdən yaxşı xəbərdardır. Və bilməlidir ki, son tarix keçəndə biz də buna uyğun cavab verəcəyik". Bəyanat həmçinin Vaşinqtonun mövqeyinin HƏMAS rəhbərliyinə açıq şəkildə çatdırıldığını, yəni qeyd olunan müvəqqəti təklifin “yaxın vaxtlarda həyata keçirilməsinə ehtiyac olduğunu” aydınlaşdırır.
Turan İSMAYIL