“Ukraynada sülh prosesi yaxşı gedir” - Tramp

 23:54 14.03.2025     109

"Ukraynada sülh prosesi “yaxşı gedir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Putinlə Ukraynada nizamlanma ilə bağlı müzakirələr yaxşı gedir.

Tramp Ukraynadakı vəziyyətin həllində uğur qazanacağına əminliyini ifadə edərək, bunu 24 saat ərzində edəcəyi ilə bağlı sözlərini sarkastik adlandırıb.

Tramp Rusiya ilə atəşkəslə bağlı razılığa gəlmək istədiyini bildirib və əlavə edib ki, "bazar ertəsi bu barədə bir az daha çox məlumat əldə edəcəyik".

Turan İSMAYIL