Konsertdə yanğın - 50 nəfər ÖLDÜ

 12:40 16.03.2025     150

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Veçer” nəşri məlumat yayıb.

Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Təsdiqlənməmiş məlumata görə, konsert keçirilən gecə klubunun sahibi saxlanılıb.

Bundan başqa, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb.

Hadisə ilə bağlı digər təfərrüatlar verilmir.