ABŞ Konqresi Trampı tənqid edənlərin ruhi xəstə kimi tanınmasını təklif etdi

 13:22 17.03.2025     98

Minnesota ştatından bir qrup Respublikaçı konqresmen ABŞ Prezidentinin tənqidini ruhi xəstəlik kimi tanıyan “Donald Tramp obsesyon sindromu” haqqında qanun layihəsi təklif edib.

Redaktor.az bu barədə "Mint" portalına istinadla xəbər verir.

Qanun layihəsində “Tramp obsesyon sindromu”nun, Donald Trampın siyasətinə və prezidentliyinə qarşı normal insanlarda kəskin paranoyanın başlanğıcı olduğu bildirilir. Həmçinin, ABŞ-nin 47-ci prezidentinin istənilən təşəbbüslərinə və tərəfdarlarının hərəkətlərinə aqressiv reaksiya verənlərdə deviant davranış əlamətləri müşahidə ediləcəyi vurğulanır.

Bununla yanaşı, layihənin qəbul olunma ehtimalının az olduğu qeyd edilib.

Daha əvvəl Tramp, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin əfv fərmanlarını, imzanın avtomatik cihaz tərəfindən təkrarlandığını və bu səbəbdən etibarsız olduğunu bildirmişdi. Trampın sözlərinə görə, demokrat prezidentə əfv olunan şəxslər haqqında məlumat verilmədiyi üçün, cinayət məsuliyyətinə cəlb edilənlər də əfv olunmuş ola bilərdi.

Aytəkin TOFİQQIZI