Türkiyə Ukraynaya əsgər göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib etdi

 13:45 17.03.2025     100

Türkiyə Ukraynaya qoşun göndərmək barədə yayılan xəbərləri təkzib edib və bu barədə heç bir qərar verilmədiyini açıqlayıb. 

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Türkiyə hökuməti, Ukraynaya qoşun yeritmək üçün münaqişənin sülh yolu ilə həlli və atəşkəsin lazım olduğunu vurğulayıb.

"Bloomberg" agentliyinin daha əvvəl verdiyi xəbərə görə, Türkiyə Avropa ölkələrinə genişmiqyaslı müdafiə sahəsində əməkdaşlıq təklifi göndərmişdi və bu plan çərçivəsində Ukraynaya qoşun yeridilməsi nəzərdən keçirilirdi. Xüsusilə, Ankara cəbhə xətti boyunca vəziyyətə nəzarət və atəşkəsin təmin edilməsi üçün qüvvələr göndərmək istəyirdi. Məqalə müəllifləri, bu fikrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Rusiya və Ukrayna nümayəndələri ilə müzakirə edildiyini qeyd ediblər.

Aytəkin TOFİQQIZI