"Kiyevin ABŞ-yə ehtiyacı var" - Andrey Sibiqa

 13:56 17.03.2025     101

Ukrayna xarici işlər naziri Andrey Sibiqa, ABŞ-nin razılığı və dəstəyi olmadan Avropadan sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsinin mümkün olmadığını bildirib.

Redaktor.az bu barədə RBC-Ukrayna-ya istinadla məlumat verir.

Sibiqa RBC-Ukrayna-ya verdiyi müsahibəsində, Amerika tərəfinin dəstəyinin Ukrayna üçün son dərəcə vacib olduğunu vurğulayıb.

“Bizə Amerika lazımdır, bizə Amerikanın iştirakı və Amerika rəhbərliyi lazımdır,” – deyə Ukrayna XİN rəhbəri qeyd edib.

Aytəkin TOFİQQIZI