ANKA III sursat atış sınağını uğurla tamamladı

 16:42 17.03.2025     147

TUSAŞ tərəfindən hazırlanmış ANKA III pilotsuz uçuş aparatı ASELSAN-ın LGK-82 sursatını ataraq hədəfi dəqiq vurub.

Redaktor.az xəbər verir ki, Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən inkişaf etdirilən ANKA III yeni qabiliyyətlər qazanmağa davam edir.

Daha əvvəl müxtəlif yerli sursatlarla uğurlu sınaqlar keçirən ANKA III, bu dəfə ASELSAN-ın LGK-82 sursatı ilə dəqiq atış reallaşdırıb.

Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial media hesabında ANKA III-ün ASELSAN-ın hazırladığı LGK-82 sursatını uğurla atmasının ölkənin hava gücünü daha da artırdığını bildirib.

Kənan YUSİF