Türkiyədə hava ilə bağlı xəbərdarlıq edildi

Türkiyədə Balkanlardan gələn soyuq və yağıntılı hava ilə əlaqədar Qərb və Mərkəzi bölgələrdə aqrometeoroloji don hadisəsi gözlənilir.
Redaktor.az xəbər verir ki, Türkiyə Milli Meteorologiya Xidmətinin son proqnozuna görə, sabah gecədən etibarən Marmara, Daxili Egey, Aralıq dənizinin daxili bölgələri, Mərkəzi Anadolu, Qərbi və Orta Qaradənizin daxili hissələri, eləcə də Şərqi Anadolunun qərbində çərşənbə, cümə axşamı və cümə gecə və səhər saatlarında orta dərəcədə, bəzi yerlərdə isə güclü don hadisəsi müşahidə olunacaq.
Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların gözlənilən aqrometeoroloji dona qarşı ehtiyatlı və tədbirli olması tövsiyə edilib.
Kənan YUSİF