Türkiyədə hava kəskin dəyişəcək - Dənizlərdə fırtına olacaq

Qara dəniz, Marmara, Şimali Egey və Qərbi Aralıq dənizində sabah güclü fırtına gözlənilir.
Redaktor.az xəbər verir ki, Türkiyə Milli Meteorologiya Xidmətinin məlumatına görə, sabah günorta saatlarından etibarən Qərbi Qara dənizin qərbi, Şərqi Qara dənizin qərb və şimal-qərbi, Marmara dənizinin şərq və şimal-şərqi, Şimali Egey dənizinin şərq və şimal-şərqində fırtına, Qərbi Aralıq dənizinin şimal və şimal-qərbində isə güclü fırtına gözlənilir.
Qara dənizdə fırtınanın sabah axşam saatlarından etibarən təsirini itirəcəyi, Marmara dənizində çərşənbə səhəri, Şimali Egey dənizində çərşənbə axşamı, Qərbi Aralıq dənizində isə cümə axşamı axşam saatlarında səngiyəcəyi proqnozlaşdırılır.
Fırtına səbəbindən nəqliyyatda yaranacaq mümkün çətinliklərə qarşı ehtiyatlı və tədbirli olunması tövsiyə edilir.
Kənan YUSİF