ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq fikrindədir - KİV

 22:54 17.03.2025     151

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair sazişin tərkib hissəsi kimi Krımın Rusiya ərazisi kimi rəsmi tanınmasını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın xəbərinə görə, Amerika administrasiyasının nümayəndələri də BMT-ni analoji addım atmağa çağırmağın mümkünlüyünü müzakirə edirlər.

Qeyd olunur ki, Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

Daha əvvəl “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, ABŞ-nin Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair təkliflərinə Rusiya Federasiyası üçün bir sıra yeni ərazilərin tanınması, habelə Ukraynanın təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə etmək hüquqlarının Vaşinqtona verilməsi daxildir.

Turan İSMAYIL