Tramp Putinlə AES məsələsini müzakirə edəcək

Zaporijjya Atom Elektrik Stansiyası (ZNPP) ətrafında vəziyyət ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında söhbət mövzularından biri olacaq.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
“Prezident (Tramp) bu məsələni Putinin qarşısında qaldıracaq”, - o, Zaporojjya AES-dən danışarkən deyib.
Turan İSMAYIL