Türkiyədə 34 otelin fəaliyyəti dayandırıldı

Türkiyənin Bolu vilayətində aparılan yoxlamalar zamanı 34 otelin fəaliyyəti dayandırılıb, 8 obyektin iş icazəsi ləğv edilib.
Redaktor.az xəbər verir ki, Bolu Valiliyinin açıqlamasına görə, şəhər üzrə 153 otel, motel, pansionat və digər mehmanxana tipli obyektlər 31 yanvar - 20 fevral 2025-ci il tarixlərində valilik qərarı ilə vali müavinlərinin rəhbərlik etdiyi iki komissiya tərəfindən yoxlanılıb.
Yoxlama nəticələrinin icrası üçün sənədlərin aidiyyəti qurumlara, o cümlədən bələdiyyələr və İl Xüsusi İdarəsinə göndərildiyi bildirilib. Açıqlamada 8 obyektin iş açma və fəaliyyət icazəsinin ləğv edildiyi, 34 obyektin isə fəaliyyətinin dayandırıldığı qeyd olunub.
Bundan əlavə, 29 mehmanxanaya aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq üçün vaxt verildiyi, 82 obyektlə bağlı isə araşdırmaların davam etdiyi bildirilib.
Kənan YUSİF