Ağ Ev Azadlıq heykəlinin Fransaya qaytarılması tələbinə cavab VERDİ

Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərlə keçirdiyi brifinqdə fransalı deputatın Azadlıq heykəlinin geri qaytarılması tələblərinə münasibət bildirib və ABŞ-nin Fransa qarşısında xidmətlərini xatırladıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Adı açıqlanmayan aşağı səviyyəli bir fransız siyasətçisinə tövsiyəm onlara xatırlatmaqdır ki, fransızların bu gün almanca danışa bilməməsi yalnız ABŞ-yə görədir", - deyə Ağ Ev sözçüsü bildirib.
Levitt əlavə edib ki, Birləşmiş Ştatlar "abidəni geri qaytarmaq niyyətində deyil".
Qeyd edək ki, bir gün əvvəl Fransa parlamentinin deputatı Rafael Glucksmann Place çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampın qərarlarını tənqid edib və ABŞ-dən Azadlıq heykəlini geri qaytarmağı tələb edib.
Xatırladaq ki, Azadlıq heykəli fransız Auguste Bartholdi tərəfindən yaradılıb və 28 oktyabr 1886-cı ildə Amerika müstəqilliyinin yüzilliyi münasibətilə ABŞ-yə təqdim edilib. O, 1885-ci il iyunun 17-də fransız freqatı Isere ilə Nyu-York limanına gətirilib. Daşınmaq üçün heykəl 350 hissəyə sökülüb 214 qutuya yığılıb və dörd ay ərzində yeni bazasında yenidən yığılıb.
Abidə şairə Emma Lazarusun “Yeni Koloss” sonetinin qəhrəmanını təsvir edir: o, ayağı ilə qırıq qandalları bağlayır, sağ əlində məşəl və solunda ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul olunma tarixi həkk olunmuş lövhə: 4 iyul 1776.
1984-cü ildə Azadlıq heykəli YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Turan İSMAYIL