İndoneziyada güclü zəlzələ OLDU

İndoneziyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 47,6 min nəfər əhalisi olan Amahai şəhərindən 147 km şimal-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.