ABŞ Yəməndə "ölümcül güc” tətbiq edəcək - Pentaqon

Birləşmiş Ştatlar Yəməndə məqsədlərinə çatana qədər "əzici ölümcül güc" tətbiq edəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bu vəzifədə keçirdiyi ilk brifinq zamanı deyib.
"Məqsədlərimizə çatana qədər biz hədsiz dərəcədə ölümcül güc tətbiq edəcəyik", - deyə Pentaqon sözçüsü bəyan edib.
Turan İSMAYIL