Kiyevdə metro stansiyası şübhəli qutuya görə bağlandı

 23:40 17.03.2025     76

Kiyevdə metronun “Vokzalnaya” stansiyasında şübhəli qutu aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə UNN Kiyev Şəhər Dövlət Administrasiyasına istinadla məlumat yayıb.

"Metronun "Vokzalnaya" stansiyasında şübhəli qutu aşkarlanıb. Təhlükəsizlik məqsədilə stansiya müvəqqəti olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanıb", - məlumatda deyilir.

Hadisə yerinə partlayıcılara qarşı xüsusi mühəndis qrupu çağırılıb.

Turan İSMAYIL