Kadırov Çeçenistanda yeni "Axmat-Kavkaz" alayının yaradıldığını elan ETDİ

Qroznıdakı hərbi bazada Rusiya Müdafiə Nazirliyinin yeni “Axmat-Kavkaz” motoatıcı alayı formalaşıb.
Redaktor.az xəbər verir ki, bu abrədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə məlumat verib.
"Bu, artıq respublikamızda yaradılmış beşinci alaydır. Döyüşçüləri böyük məmnuniyyətlə salamladım. Mən onlara Axmat-Hacı Kadırovun yolu ilə getmək və Vətənimizi faşizm, quldurluq və nasizm təzahürlərindən qorumaq, Rusiya Federasiyasının "xüsusi əməliyyat" ərazisində maraqlarını müdafiə etmək qərarına görə minnətdarlığımı bildirdim", - deyə o yazıb.
Onun sözlərinə görə, yeni döyüş bölməsi xüsusi hərbi əməliyyat zonasında Rusiya qoşunları qrupunu əhəmiyyətli dərəcədə gücləndirməyə qadirdir.
"Alay daimi əsaslarla yaradılıb. Onun daimi yerləşdiyi yerdə müasir bazanın tikintisinə başlanılıb. Bölmə bütün lazımi silahlarla təchiz olunub. O, "xüsusi əməliyyatın" fəaliyyət müddətindən asılı olmayaraq, verilən tapşırıqları yerinə yetirəcək. Döyüş zabiti Hüseyn Mejidov alayın komandiri təyin edilib", - Çeçenistan rəhbəri bildirib.
Qeyd olunur ki, qarşıdakı üç ay ərzində döyüşçülər ən yaxşı poliqonlarda lazımi hərbi hazırlıq keçəcəklər.
Turan İSMAYIL