İsrail Qəzzanı bombardman etdi: 400-dən çox insan həlak oldu - YENİLƏNİB

 14:51 18.03.2025     196

TASS-ın məlumatına görə, Qəzzada hərbi əməliyyatların bərpa edilməsi nəticəsində həlak olanların sayı 404 nəfərə çatıb. 

Daha 562 nəfər isə yaralanıb.

***

“Əl Cəzirə” telekanalının anklavın Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində 308 nəfər həlak olub.  

***

09:23

Bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirib.

Hücum nəticəsində Qəzzada azı 232 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqların olduğu deyilir.