Ərdoğan apreldə Vaşinqtonda Trampla görüşmək niyyətindədir

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Vaşinqtona səfər edərək, Ağ Evin rəhbəri Donald Trampla görüşmək niyyətindədir".
Redaktor.az bu barədə Blommberg-ə istinadla məlumat verir.
Bildirilib ki, səfər ayın sonlarında baş tutacaq.
Nəşrin yazdığına görə, Türkiyə lideri bu səfərlə ölkəsinin regional təhlükəsizlik məsələsindəki rolunu artırmaq niyyətindədir.