Gəlin Yer kürəsini tərksilah edək - Papadan ÇAĞIRIŞ

 13:55 18.03.2025     83

"Müharibə absurddur, gəlin Yer kürəsini tərksilah edək".

Redaktor.az xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Xəstəxanada müalicəsi davam edən pontifik sülh və tərksilah çağırışını yeniləyib: “Biz sözləri, zehni və Yer kürəsini tərksilah etməliyik. Müharibə yalnız icmaları və ətraf mühiti məhv edir. Münaqişələrin həlli yollarını təklif etmədən diplomatiyanın və beynəlxalq təşkilatların yeni həyat və etibarlılığa ehtiyacı var”.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının səhhətinin yaxşılaşmağa davam etdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.