İsrailin zərbələri zamanı HƏMAS-ın baş naziri həlak oldu

 14:49 18.03.2025     74

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində HƏMAS-ın bölgədəki faktiki baş naziri İssam əd-Daalis həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, HƏMAS hökumət başçısı mərminin onun evinə düşməsi nəticəsində həyatını itirib.

Bundan başqa, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa da öldürülüb.