“Tramp və Putinin şəxsi görüşü məsələsi çox güman ki, telefon danışığı zamanı gündəmə gələcək” - Ağ Ev rəsmisi

 15:19 18.03.2025     74

Martın 18-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı zamanı şəxsi görüşün müzakirə ediləcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Tramp və Putinin şəxsi görüşü məsələsi çox güman ki, telefon danışığı zamanı gündəmə gələcək”.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi isə bildirib ki, bu telefon danışığı iki ölkə arasındakı danışıqlarda “təbii növbəti addım”dır.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov, Putin və Trampın telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərin normallaşması və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini açıqlamışdı. Danışığın Moskva vaxtı ilə 16-18 saatları arasında baş tutacağı gözlənilir.

Aytəkin TOFİQQIZI