"Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı 28 mindən çox sanksiya tətbiq edilib" - Putin

 17:10 18.03.2025     92

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya şirkətlərinə və fiziki şəxslərinə qarşı 28 595 sanksiya tətbiq edilib.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.

Putin qeyd edib ki, Rusiya Federasiyasına nisbətən dünyanın digər ölkələrinə daha az məhdudiyyətlər qoyulub. Lakin onun fikrincə, hətta bu məhdudiyyətlər yumşaldılsa belə, Qərb öz hədəflərinə çatmaq üçün yeni yollar tapacaq. Dövlət başçısı vurğulayıb ki, Qərb utanmadan ard-arda yeni sanksiya paketləri təqdim edir.

Putin həmçinin rusiyalı sahibkarları çağıraraq, Rusiya qarşı tətbiq edilən sanksiyaları müvəqqəti tədbirlər kimi qəbul etməməyə səsləyib.

Rusiya üçün ən ciddi sanksiyalardan birinin Qərb texnologiyalarına çıxışın məhdudlaşdırılması olduğunu bildirən Putin, bunun müəssisələrin modernləşdirilməsinə mənfi təsir etdiyini və nəticədə gəlirlilik və rəqabət qabiliyyətinin aşağı düşdüyünü qeyd edib. Eyni zamanda, bu texnologiyaların üçüncü ölkələr vasitəsilə tədarükünün daha baha başa gəldiyini əlavə edib.

Həmçinin, Vaşinqtonun artıq anti-Rusiya sanksiyalarını sərtləşdirdiyi, lakin bu addımı heç bir böyük səs-küy olmadan həyata keçirdiyi bildirilib.

Aytəkin TOFİQQIZI