Dünyanın hər yerindən unikal mənzərələrə açılan 7 QAPI

 17:39 18.03.2025     93

Qapılar təkcə giriş və çıxış nöqtələri deyil, həm də mədəniyyətlərin, tarixin və təbiətin ən xüsusi çərçivələrini təqdim edən pəncərələrdir. Bu füsunkar qapıların arxasındakı dünyaları kəşf etmək üçün çamadanınızı hazırlayın.

Qapılar təkcə bir yerdən digərinə keçidi təmin edən tikililər deyil, həm də tarixin, mədəniyyətin və təbiətin ən füsunkar çərçivələrindən biridir. Dünyanın müxtəlif yerlərində yerləşən bu 7 qapı öz ziyarətçilərinə füsunkar mənzərələr, unikal memarlıq və dərin mənalar təqdim edir.

Redaktor.az dünyanın ən təsirli qapılarını təqdim edir:

Dolma baxça qapısı - Türkiyə

İstanbulun ən möhtəşəm binalarından biri olan Dolmabahçə Sarayının giriş qapısı Osmanlı və Avropa memarlığının vəhdəti ilə göz qamaşdırır. Möhtəşəm tikilişi və tarixi görünüşü ilə Boğazın maviliyinə açılan bu qapı keçmişin zərifliyini bu günə gətirir.

Puerta Del Sol - İspaniya

Madridin ən məşhur meydanına açılan Puerta del Sol İspaniyanın sıfır nöqtəsi hesab olunur. Burada tarixi binalar və canlı şəhər həyatı ziyarətçiləri valeh edir.

Branderburq qapısı - Almaniya

Berlinin simvoluna çevrilən Brandenburq qapısı Avropa tarixinə şahidlik edən ən mühüm tikililərdən biridir. Bu gün qonaqlarını sülh və birlik simvolu kimi qarşılayır.

TORİ qapısı - YAPONİYA

Yaponiyanın Miyajima adasında dənizin ortasında yüksələn bu qırmızı qapı, Şinto inancına görə müqəddəs keçid nöqtəsidir. Dalğalarla suyun içində və xaricində görünən bu qapı mistik bir mənzərə təqdim edir.

Registan qapısı – Özbəkistan

Orta Asiyanın ən möhtəşəm tikililərindən biri olan Səmərqənddəki Registan meydanının giriş qapısı İslam memarlığının ən parlaq nümunələrindən biridir. Mozaika ilə bəzədilmiş bu tarixi qapı Səmərqədin qızıl dövrünü, İpək Yolunun əzəmətini günümüzə qədər daşıyır. Buradan keçəndə sizi tarix və incəsənətin iç-içə olduğu füsunkar dünya qarşılayır.

Bab bou jeloud - Mərakeş

Mərakeşin mavi və yaşıl piltələrlə bəzədilmiş məşhur qapısı Bab Bou Jeloud, Mərakeş şəhərinə girərkən sizi keçmişə aparır. İçəri girdiyiniz zaman sizi dar küçələr, ədviyyat qoxuları və ənənəvi Mərakeş memarlığı əhatə edir.

Lark de trıomphe – Fransa

Parisin simvollarından biri olan Zəfər tağı Fransanın şanlı tarixinə açılan bir qapı kimi ucalır. Qapıdan keçəndə Parisin bənzərsiz mənzərəsi açılır.

Vasif