Şimali Egey dənizində gəmi səfərləri ləğv EDİLDİ

 20:08 18.03.2025     121

Türkiyədə Şimali Egey bölgəsində Geyikli-Bozcaada və Kabatepe-Gökçeada xətlərində sabah planlaşdırılan bəzi bərə səfərləri fırtına səbəbindən ləğv edilib.

Redaktor.az xəbər verir ki, Çanaqqala boğazı və adalar xəttində nəqliyyatı təmin edən GESTAŞ Deniz Ulaşım AŞ-nin açıqlamasına görə, sabah Geyikli-Bozcaada xəttində Bozcaadadan saat 07:00 və 10:00-da, Geyiklidən isə 08:00 və 11:00-da nəzərdə tutulan səfərlər baş tutmayacaq.

Kabatepe-Gökçeada xəttində isə Gökçeadadan yerli vaxtla saat 07:00, 13:00 və 17:00, Kabatepedən isə 09:00 və 15:00-da planlaşdırılan səfərlərin ləğv edildiyi bildirilib.

Digər marşrutlarda isə nəqliyyatın normal davam edəcəyi qeyd olunub.

Kənan YUSİF