Heç bir silah vətən sevgisinə qalib gələ bilməz - Türkiyə Prezidenti

"Çanaqqalada bir daha sübut olundu ki, nə qədər inkişaf etmiş olursa-olsun, heç bir silah vətən sevgisinə, millət sevgisinə qalib gələ bilməz".
Redaktor.az xəbər verir ki, Ərdoğan bu fikirləri Çankaya Köşkündə keçirilən Dövlət Övünç Medalı Təqdimetmə Mərasimində səsləndirib.
Mərasimə qatılmaqdan məmnunluğunu ifadə edən Prezident deyib: "Bir azdan Dövlət Övünç Medalı və Fərmanlarını təqdim edəcəyimiz hərbçi və polis qardaşlarımıza, onların ailələrinə dövlətimizə xidmətlərinə görə təşəkkür edirəm".
Ərdoğan Ramazan ayının xeyirli və bərəkətli olmasını diləyərək, tutulan orucların və edilən ibadətlərin qəbul olunmasını arzulayıb.
Kənan YUSİF