Rusiya Mask ilə kosmos sahəsində əməkdaşlığı müzakirə EDƏCƏK

 21:42 18.03.2025     85

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev, yaxın zamanlarda Elon Mask ilə kosmos sahəsində əməkdaşlıq etmək məqsədilə görüş keçirəcəklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Eyni zamanda, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev, Moskvada jurnalistlərə verdiyi açıqlamada, Rusiyanın Ukraynaya nisbətən çox daha çox nadir torpaq elementlərinə sahib olduğunu vurğulayıb: 

 “Bu sahədə ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementi ehtiyatlarını araşdırırıq və olduqca ümidverici nəticələr əldə edirik”.

Dmitriyev, bu ehtiyatların inkişafı üçün bəzi spesifik texnologiyaların lazım olduğunu və ABŞ ilə əməkdaşlığa açıq olduqlarını bildirib.

Kənan YUSİF