Hondurasda 18 nəfəri daşıyan təyyarə dənizə DÜŞDÜ

Mərkəzi Amerika ölkəsi olan Hondurasda, 18 nəfəri daşıyan kiçik təyyarənin dənizə düşməsi nəticəsində 12 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, Roatan vilayəti qubernatoru Hugo Varela, jurnalistlərə verdiyi açıqlamada, Juan Manuel Galvez Hava Limanından Truxillo şəhərinə uçan təyyarənin qısa müddət sonra Roatan adası yaxınlarında dənizə düşdüyünü bildirib.
Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb. Həmçinin, itkin düşən 1 nəfər üçün axtarışların davam etdiyi qeyd edilib.
Yerli mətbuata görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb və bu səbəbdən axtarış-xilasetmə əməliyyatlarının çətinliklə davam etdiyi bildirilib.
Kənan YUSİF