Zelenskidən Trampla Putinin telefon danışığına REAKSİYA: "Onların razılaşmaları işə yaramır"

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.
Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər", - deyə Zelenski bildirib.
Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb.