“Ukraynadakı münaqişə III Dünya müharibəsinə çevrilə bilər” - Donald Tramp

 14:13 19.03.2025     78

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin ciddi təhlükələr yaradaraq, III Dünya müharibəsinə çevrilə biləcəyini bildirib.

Redaktor.az xəbər ki, Tramp bu fikirləri “Washington Examiner” nəşrinə verdiyi müsahibədə bildirib.

“Daha önəmlisi insanların əziyyət çəkməsidir. Onlar bizim ölkədən deyillər, lakin bu nə vaxtsa III Dünya müharibəsinə çevrilə bilər,” – deyə, Tramp vurğulayıb.

Ölkə başçısı əvvəlki açıqlamalarında Amerika əsgərlərinin Ukraynadakı münaqişəyə qatılmadığını bildirmiş və bu cür hərəkətləri “absurd” adlandırmışdı. O, qeyd etmişdi ki, belə bir addım yalnız III Dünya müharibəsinə gətirib çıxara bilər.

Martın 18-də isə  ABŞ lideri, Ukraynada sülhə nail olmaq üçün prosesin başladığını açıqlayıb. O, 2020-ci ildə prezident seçilsəydi, Ukraynadakı döyüşlərin başlamayacağını da qeyd edib.

Aytəkin TOFİQQIZI