"Ukrayna və Finlandiya sığınacaq tikmək üçün koalisiya quracaq" - Zelenski

 16:42 19.03.2025     86

Ukrayna Prezidenti Vladimir Zelenski və Finlandiya Prezidenti Alexander Stubb, Kiyev və Helsinki arasında Ukraynada sığınacaqların tikilməsi məqsədilə beynəlxalq koalisiya yaradılacağını açıqlayıblar.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Zelenski Finlandiya ilə birgə keçirdiyi mətbuat konfransında, bu koalisiyanın yaradılması ilə bağlı nazirlərin sənəd imzalayacaqlarını bildirib.

O, Finlandiyaya bu layihəyə dəstək verməyə hazır olduqları üçün təşəkkür edib və Avropadakı digər ölkələri də bu işə cəlb etməyi məqsəd qoyduqlarını vurğulayıb.

Ukrayna lideri, Finlandiyanın Rusiya və Belarusla sərhəddə istehkam qurma təcrübəsinin bu koalisiyada faydalı olacağına inanır.

Zelenski həmçinin, gələcək danışıqlarda ərazi məsələsinin müzakirə olunacağını etiraf edib və münaqişənin həlli istiqamətində ilk addım olaraq atəşkəsin vacibliyini qeyd edib.

Aytəkin TOFİQQIZI