Prezidentimizin hüququnu qoruyacağıq - Fahrettin Altun

 19:23 19.03.2025     110

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqla bağlı Prezident Rəcəb Tayyib Ərdoğana yönəldilən ittihamları tənqid edib.

Redaktor.az xəbər verir ki, Altun bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: 

"Başladılan istintaqın mahiyyətinə və detallara hakim olmadan aparılan siyasi və ideoloji müzakirələrdə Prezidentimizə qarşı əsassız böhtanların atıldığını görürük. Bu böhtan kampaniyalarına qarşı Prezidentimizin hüququnu qorumağa davam edəcəyik".

Altun, bəzi siyasi dairələrin istintaq prosesinə təsir etməyə çalışdığını vurğulayaraq, xüsusilə ana müxalifət partiyası rəhbərlərinin istintaqın obyektivliyinə zərər vermək məqsədilə hərəkət etdiyini qeyd edib.

Kənan YUSİF