Türkiyədə iki şəhərdə təhsil DAYANDIRILDI

 21:50 19.03.2025     89

Türkiyədə güclü qar və soyuq hava səbəbilə iki şəhərdə tədrisə fasilə verilib.

Redaktor.az xəbər verir ki, Ordu Valiliyinin açıqlamasına görə, şəhərin daxili bölgələrində qarın təsiri güclənib. Bu səbəbdən Aybastı, Çaybaşı, Gölköy, Gürgentepe, Kabadüz, Korgan və Ulubey rayonlarında bütün məktəblərdə, Akkuş, İkizce, Kumru, Mesudiye və Ünye rayonlarında isə bəzi məktəblərdə sabah dərslər dayandırılıb.

Bundan əlavə, Konya şəhərində də məktəblərdə tədrisə ara verilib. 

Kənan YUSİF