Ali Nuhoğlu 40 milyon TL ilə qaçarkən SAXLANILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı verilən Ali Nuhoğlu, yanında 40 milyon TL nağd pulla qaçmağa çalışarkən saxlanılıb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, CHP-dəki pul sayma görüntüləri ilə bağlı açılan iş çərçivəsində İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfər haqqında həbs qərarı çıxarılıb. Onlara "cinayətkar təşkilata üzv olmaq və rəhbərlik etmək, rüşvət, dələduzluq, tender fırıldağı" kimi ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Ali Nuhoğlu daha əvvəl İmamoğlunun əmlak bəyannaməsində qeyd olunmayan və ümumi dəyəri 50 milyon dollar olan üç villanı 15 milyon TL-yə satması ilə gündəmə gəlmişdi. Bundan əlavə, onun şirkətinin 15 gün əvvəl İBB-yə bağlı KİPTAŞ-dan 2,1 milyard TL dəyərində tender qazandığı bildirilir.
İstintaq çərçivəsində İBB iştirakçılarının tenderlərdə qanunsuzluğa yol verdiyi, bəzi iş adamlarının haqsız qazanc əldə etdiyi və bu prosesdə rüşvət və dələduzluq halları baş verdiyi iddia edilir.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Kənan YUSİF