Tramp İranla yeni nüvə sazişi üçün son tarix təyin ETDİ

ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün iki ay vaxt verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev rəhbəri İranın ali dini lideri Əli Xamneiyə məktub göndərib və məktubda qeyd edib ki, Tehrana bu məsələni həll etmək üçün iki ay vaxt verilib.
“Əgər İran Trampın çağırışını rədd edərsə və danışıqlara getməzsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçirmə şansları kəskin şəkildə artacaq”, - məlumatda deyilir.
Tramp yeni nüvə sazişi üzrə açıq danışıqların aparılmasını istəmədiyini də qeyd edib.
Qeyd edək ki, fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio deyib ki, ABŞ İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, İslam Respublikası son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.
Turan İSMAYIL