Ruslar Ukraynanın F-16 təyyarəsini vurduqlarını iddia edir

 23:15 19.03.2025     105

Ukrayna Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Rusiya aviasiyasının və hava hücumundan müdafiə qüvvələrinin koordinasiyalı işi sayəsində vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə “Obsessed in War” teleqram kanalı məlumat yayıb.

“Təfərrüatları açıqlamadan deyəcəyik ki, Qırıcı-Hava Hücumundan Müdafiə ekipajı tandemi öz çətin işini əla yerinə yetirdi”, - kanalın müəllifləri yazıblar.

Martın 19-da axşam saatlarında hərbi müxbir Yuri Kotenok Rusiya hərbçilərinin Sumı vilayəti üzərində Ukraynaya məxsus F-16 təyyarəsini vurmağa müvəffəq olduğunu bildirib. O qeyd edib ki, bu məlumat “ilkin və təsdiqlənməmiş”dir.

Daha sonra SHOT teleqram kanalı təyyarənin S-400 zenit-raket kompleksindən atılan raketlə məhv edildiyini bildirib. "Qəza nəticəsində Ukrayna Silahlı Qüvvələrinin pilotu sağ qalmayıb", - jurnalistlər qeyd ediblər.

"Archangel Spetsnaz" teleqram kanalı yazıb ki, Amerika F-16-ları Sumı bölgəsində Rusiya təyyarələri üçün ovçu kimi çıxış edir. Onun sözlərinə görə, Ukrayna ordusu hələ ki, hava bombaları atmaq üçün qırıcılardan istifadə etmir, çünki bu funksiyanı sovet təyyarələri yerinə yetirir. F-16-ların Rusiya təyyarələri tərəfindən vurulmamaq üçün son dərəcə aşağı hündürlükdə uçduğu dəqiqləşdirilib.

Turan İSMAYIL